Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:31

Rüstəm İbrahimbəyovu yenə aeroportda saxladılar


-
Yanvarın 21-də Azərbaycan Ziyalılar Forumunun həmtəsisçisi, kinodramaturq Rüstəm İbrahimbəyov növbəti dəfə Bakı aeroportunda saxlanıb.

VIP zalından keçərkən R.İbrahimbəyovun baqajı qəbul edilib. Minik bileti verilib. Amma sonra ona deyiblər ki, o, minik üçün ümumi qaydada keçməlidir.

R.İbrahimbəyov ümumi sərnişin zalına gedib. Sərhəd məntəqəsinə yaxınlaşanda, kompüter şəbəkəsində problem yaranıb.

16.10 Moskva reysinə minik başlamasına yarım saat qalanda, o, təyyarəyə yola düşüb.

Bu barədə səhnəyə şahid olan Ziyalılar Forumunun nümayəndəsi Eldar Namazov məlumat verib.

R.İbrahimbəyov keçən il dekabrın 30-da da Bakı aeroportunda oxşar hadisə ilə qarşılaşmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG