Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:44

Sneijder Galatasarya keçməsindən "çox xoşbəxtdir"


Avro-2008. İtaliya -Niderland oyununda Sneijder cərimə zərbəsi vurur

Avro-2008. İtaliya -Niderland oyununda Sneijder cərimə zərbəsi vurur

Hollandiyalı yarımmüdafiəçi Wesley Sneijder deyir ki, İnter (Milan) klubunu arxada qoyub, Türkiyənin Qalatasarayına keçməsindən “çox xoşbəxtdir”.

28 yaşlı Sneijderə bir çox böyük klublar maraq göstərirdi, ancaq sonda Galatasaray qalib gəldi.

Frans Pressin ehtimalına görə, Sneijderin Galatasaraya keçməsinin qiyməti təxminən 7,5 milyon avrodur.

Onun Galatasarayla müqaviləsi 2016-cı ilin iyununda bitir.

İnter (Milan) klubunun prezidenti Massimo Moratti də deyib ki, bu transfer qaç-qovunu arxada qoymasından özünü xoşbəxt hiss edir.

Moratti deyir ki, “Galatasaray hər şeyi yerli-yerində edirdi. Onların prezidenti, vitse-prezidenti, onların özləri çox yaxşı adamlardır. Məncə, oyunçunun özü də xoşbəxtdir, yoxsa getməzdi”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG