Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:47
-

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı İran İslam Respublikasının paytaxtı Tehranda keçirilən 31-ci Fəcr Beynəlxalq Teatr Festivalına qatılıb.

Xəbəri Mədəniyyət və Turizm Nazirliyinin saytı yayıb.

Festival yanvarın 21-dən başlayır.

Fəcr Beynəlxalq Teatr Festivalı dünya teatr məkanında nüfuzlu mədəniyyət tədbirlərindəndir.

Dünyanın tanınmış teatr kollektivləri bu festivalda iştirak edirlər.

Festivalda Azərbaycan yazıçı-dramaturq, əməkdar incəsənət xadimi Afaq Məsudun eyniadlı əsəri əsasında hazırlanmış «Qatarın altına atılan qadın» tamaşası ilə təmsil olunur.

Tamaşa yanvarın 23-də İran Milli Dram Teatrında nümayiş olunacaq.

Xalq artisti Cənnət Səlimova festivalda münsiflər heyətinin üzvü kimi iştirak edir.

Festival yanvarın 31-dək davam edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG