Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:23

Bakı İstintaq Təcridxanasına rəis təyin olunub


Ədliyyə Nazirliyi Penitensiar Xidmətin tabeliyində olan Bakı İstintaq Təcridxanasına yeni rəis təyin olunub.

Penitensiar Xidmətin (PX) ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyevin əmri ilə təcridxananın rəisi vəzifəsi Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Tərbiyə işinin təşkili idarəsinin rəisi, ədliyyə polkovniki Azər Seyidova həvalə olunub.

Bakı İstintaq Təcridxanasının əvvəlki rəisi Elxan Sadıqov bir neçə gün əvvəl yaş həddi ilə bağlı təqaüdə göndərilib.
XS
SM
MD
LG