Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:15
Azərbaycanda «İKT ili» elan edilən 2013-cü il ilk «Azerspace» telekommunikasiya peykinin buraxılışı ilə əlamətdardır. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Nazirin sözlərinə görə, peyk artıq Kuru kosmodromuna çatdırılıb, onun buraxılışı isə fevralın 7-nə planlaşdırılıb.

Bu il start götürəcək və üçillik dövrü əhatə edəcək ikinci əsas plan Azərbaycan Respublikası Dövlət Neft Fondunun maliyyələşdirəcəyi genişzolaqlı internetin inkişafı layihəsi olacaq. Layihənin əsas hədəfi genişzolaqlı qoşulmalar üzrə göstəricilərin inkişaf etmiş ölkələrdəki səviyyəyə çatdırılmasıdır.

Habelə 2013-cü il rəqəmsal yayım formatına keçidlə də yadda qalır. Nazirin sözlərinə görə, ilin sonunadək analoq yayım dayandırılacaq.

Abbasovun dediyi kimi, nazirliyin planlarına «tək pəncərə» prinsipi üzrə elektron hökumət portalının işinin təmin edilməsi daxildir. «ASAN xidmət» mərkəzi ilə birlikdə vətəndaşlara göstərilən xidmətlər daha da genişləndiriləcək.

Abbasovun sözlərinə görə, habelə 2012-ci ildə regional innovasiya zonaları və parklarının yaradılmasına dair qəbul edilmiş qərarlar 2013-cü ildə də inkişaf etdiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG