Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:47

«Azərbaycanın hava məkanını pozan təyyarə vurulacaq»


«İstənilən halda Azərbaycanın hava məkanını pozan təyyarə vurulacaq». AzərTAc xəbər verir ki, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Xocalı aeroportunun fəaliyyətə başlayacağı barədə yayılan məlumatlara münasibət bildirərkən belə deyib.

Ziyafət Əsgərov bildirib ki, Azərbaycanın «Mülki aviasiya haqqında» qanunu var və Nazirlər Kabineti qanunun icrası ilə bağlı xüsusi qərar qəbul edib:

«Azərbaycanın hava məkanı pozularsa, həmin dəqiqə ərazi mühafizə olunacaq və həmin təyyarə vurulacaq. Bu, birmənalıdır və biz bunu dəfələrlə demişik. Burada söhbət Azərbaycanın işğal olunmuş ərazisində həyata keçiriləcək uçuşlardan gedir. Ermənistanın mülki təyyarələri Azərbaycanın hava məkanından keçərək uçuşlar həyata keçirir. Həmin uçuşları Azərbaycanın mülki aviasiyası da həyata keçirir. Bu, beynəlxalq qanunlar və konvensiyalarla tənzimlənən prosedurdur. Lakin tanınmamış ərazidə belə uçuşların həyata keçirilməsi mümkünsüzdür».

Günün bütün mövzuları

XS
SM
MD
LG