Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:53

Belarus yazıçısı özünü 9-cu mərtəbədən atıb


Tanınmış Belarus yazıçısı və jurnalist Yuri Gumenyuk Qrodno şəhərində ölüb.

Yerli kütləvi informasiya vasitələrinin məlumatına görə o özünü anası ilə yaşadığı evin yaxınlığındakı yataqxananın 9-cu mərtəbəsindən atıb.
Onun özünə qəsd etdiyi güman edilir.

Gumenyuk son 2 ildə Polşa radiosunun belarus xitməti ilə əməkdaşlıq edirmiş.
O Belarus Yazıçılar İttifaqı və Belarus PEN-mərkəzinin üzvü idi.

Yazıçı 2011-ci ildə ölkədə keçirilən etiraz aksiyalarında iştiraka görə 12 sutka həbs cəzası almışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG