Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:40

Suriya rəsmisi üsyançıları dialoqa çağırır


 Walid Muallem
Walid Muallem
“Prezident Bashar Assadın gələcəyi ilə bağlı istənilən müzakirə qəbul edilməzdir”.

Bunu Suriyanın xarici işlər naziri Walid Muallem televiziya ilə çıxışında deyib.
O həmçinin üsyançıları silahı yerə qoymağa və yeni konfransla bağlı dialoqa çağırıb.
O qeyd edib ki, konfransada iştirak edənlərin hər biri keniş hakimiyyət səlahiyyətləri olan kabinetə daxil ediləcək.

BMT və Ərəb Dövlətləri Liqasının Suriya üzrə xüsusi elçisi Lakhdar Brahimi bu günlərdə prezident Bashar Assada yeni keçid hökumətində yer olmadığını demişdi.

BMT-nin məlumatına görə, prezident Bashar al-Assad-ın istefası tələbi ilə 22 aydır ki, Suriyada davam edən münaqişədə 60 mindən çox adam ölüb.
XS
SM
MD
LG