Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:29
Ermənistan prezidenti Serzh Sarkisian qarşıdan gələn prezident seçkisində az rəqabətlə üzləşəcəyi barədə ittihamları rədd edib.

O bunu şənbə günü Azadlıq Radiosunun erməni xidmətinə müsahibəsində deyib.

Fevralın 18-də keçiriləcək prezident seçkisində Sarkisian da mübarizə aparacaq.
Prezidentlik uğrunda keçmiş xarici işlər naziri Raffi Hovannisian və keçmiş baş nazir Hrant Bagratian da daxil olmaqla 7 namizəd mübarizə aparacaq.

Onların hamısı Sarkisianın siyasətini qəbul etmirlər.

Sarkisian deyib ki, həmişə seçkidə namizədlərə düşmən yox, rəqib kimi baxıb.

Müxalifət hakimiyyətdən azad seçkilər keçirilməsinə şərait yaradılmasını tələb edir.
İri müxalifət bloku olan “Erməni Milli Konqresi” və “Çuçəklənən Ermənistan” partiyası seçidə iştirak etməyəcəklərini və namizədlərdən heç birini dəstəkləməyəcəklərini bəyan ediblər.

Həmçinin müxalifətdə olan “Daşnakstyun” partiyası eyni bəyanatla çıxış edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG