Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:11

Sudanla Cənubi Sudan razılaşa bilmirlər


Sudanla Cənubi Sudan arasında gedən danışıqlar pozulub.

Söhbət mübahisəli neft bölgəsi olan Abey rayonu ilə bağlı ötən ilin sentyabrında əldə olunmuş razılaşmanın həyata keçirilməsindən gedirdi.

Cənubi Sudan qonşu ölkənin razılaşmada nəzərdə tutulmayan yeni vaxt və şərtlər irəli sürdüyünü deyir.

Danışıqlar bazar ertəsindən Efiopiyanın paytaxtı Addis-Abebe şəhərində keçirilirdi.
Tərəflər iki ölkə arasındakı bu zəngin ərazinin birgə idarəsi və bölünməsini tənzimləyən tədbirləri müzakirə edirdilər.
XS
SM
MD
LG