Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:33
Əlcəzair ordusu yaraqlıların zəbt etdiyi qaz müəssisəinə hücum edib.

Rəsmi məlumatda ümumilikdə 32 yaraqlı və 23 girovun öldüyü, 685 yerli və 107 xarici əməkdaşın azad edildiyi bildirilir.

Ordu hazırda zavodun ərazisindəki mina və partlayıcıları zərərsizləşdirir.

Ölkənin cənubunda, Liviya sərhəddinin yaxınlığında yerləşən bu zavod, Böyük Britaniyanın "BP", Norveçin "Statoil" və Əlcəzairin "Sonatrach" dövlət şirkətinə məxsusdur.

Zavodu zəbt edən yaraqlılar Fransa ordusunun Malidən çıxarılmasını tələb edirdilər.

Fransa prezidenti Francois Hollande Əlcəzairin böhrana kəskin reaksiyasını alqışlayıb və bildirib ki, burda yaraqlılarla dialoqdan söhbət də gedə bilməzdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG