Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:40

Obama ikinci dəfə və iki dəfə and içəcək


-
Amerika Birləşmiş Ştatlarının Prezidenti Barack Obama prezidentliyinin ikinci müddəti üçün ölkəyə və Konstitusiyaya sədaqət andı içəcək. Prezidentin and içmə günü rəsmi olaraq yanvarın 20-ə düşür. Ancaq bu gün bazar günü olduğundan Obama Ağ Evin Mavi zalında dar çevrədə and içəcək. Bu inaqurasiyada onun yanında ABŞ Ali Məhkəməsinin sədri, Obamanın köməkçiləri və ailə üzvləri olacaq. Xalqa açıq olan və ikinci dəfə keçirilən böyük and içmə tədbiri isə yanvarın 21-də Konqresin binasında baş tutacaq.
BBC-nin məlumatına görə, könüllülər və fəhlələr tərəfindən mərasimə hazırlıq bir neçə gün öncədən başlayıb. Tədbirin keçiriləcəyi Kapitoli binasının ətrafındakı binalar göy, qırmızı və ağ rənglərə boyadılıb.
Barack Obamanın inauqurasiyası zamanı iştirak edəcək müğənnilər cə səsləndiriləcək mahnılar da müəyyənləşib. Tədbir üçün nəzərdə tutulmuş bu siyahını Prezidentin özü hazırlayıb. Mərasimdə Stevie Wonder, Alicia Keys, Usher, Smokey Robinson, Brad Paisley, Kelly Clarkson, Fun qrupunun və Beyonce-nin ifası gözlənilir. Beyonce nəzərdə tutulmuş mahnılardan əlavə ABŞ-ın himnini də səsləndirəcək.
Obamanın yanvarın 21-ə nəzərdə tutulan inauqurasiya mərasimi ABŞ-da irqi ayrıseçkiliyə qarşı mübarizənin liderlərindən olan Martin Luther King-in anım günü ilə üst-üstə düşdüyündən Prezident Abraham Lincolnun İncili ilə birlikdə Luther King-in də İncilinə əl basacaq.
Barack Obamanın Prezidentlik postuna ikinci dəfə and içməsi ABŞ tarixində 57-cidir. Ölkədə ilk andiçmə mərasimi 1793-cü ildə olub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG