Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:15
-
Bakı Metropoliteni yeni alınmış qatarları yanvarın 21-dən metro xəttinə buraxacaq. Bu barədə məlumatı Bakı Metropoliteninin rəisi Tağı Əhmədov jurnalistlərə açıqlamasında verib. APA-nın məlumatına görə, metropoliten rəisi deyib ki, yeni qatarların alınıb-alınmaması barədə indidən nəsə demək hələ tezdir. Əgər yeni stansiya istifadəyə veriləcəksə, yeni qatarlar da alına bilər.
T.Əhmədov onu da bildirib ki, bu il ərzində yeni stansiyanın açılması gözlənilmir. Buna baxmayaraq, ilin sonuna və yaxud gələn ilin may ayına yeni stansiya istifadəyə verilə bilər.
Yeni xətlərin tikintisi gedən ərazilərdə sakinlərə kompensasiyaların ödənilməsi ilə bağlı müəyyən problemlər mövcuddur: «Sakinlər heç zaman verilən kompensasiya ilə razılaşmaq istəmirlər. Yerindən asılı olaraq sakinlərə 1320 manatdan başlayaraq kompensasiya verilir. Amma o evlərə baxsanız, həmin adamların nədən razılaşmadıqlarına təəccüb edə bilərsiniz. Buna baxmayaraq, adamlar yenə də çıxmaq istəmirlər və işlər məhkəmədədir. Ona görə də dövlətin bu tədbiri gecikir. Hazırda 560 məhkəmə çəkişməsi olan ev var».

Tağı Əhmədov “28 May” stansiyasında yanvarın 21-dən başlayacaq təmirlər bağlı isə deyib ki, təmir işləri sentyabrın 15-dək yekunlaşacaq. «Elmlər Akademiyası» stansiyasının ikinci çıxışı isə 2-2,5 il ərzində hazır olacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG