Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:27

«Yeni Müsavat» saytına haker hücumu olub


World -- Cyber crime - generic photo

World -- Cyber crime - generic photo

-
Yanvarın 19-u saat 16-da sayta DoS- hücumu edilib.

Bu barədə AzadlıqRadiosuna «Yeni Müsavat» saytının veb-redaktoru Xalid Kazımlı məlumat verib. O, haker hücumunun ya «Binə» Ticarət Mərkəzindəki aksiyaya, ya da əsgər ölümü ilə bağlı yaydıqları xəbərə görə təşkil olunduğunu ehtimal edir:

«Saat 16-da sayta qəfil hücum oldu. Çoxlu sayda IP-lərdən sayta DoS-hücumu təşkil olundu. Hücumdan bir müddət öncə Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev qəzetə zəng edərək, əsgər ölümü ilə bağlı bu gün saytda gedən xəbəri çıxartmaq üçün vaxt verdi. Bir neçə dəqiqədən sonra sayt hücuma məruz qaldı. Amma sayta kimlər tərəfindən hücumun təşkil edildiyini dəqiq deyə bilmərik».

Xalid Kazımlı bildirdi ki, hazırda saytın yenidən bərpa olunmasına çalışılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev «Yeni Müsavat»a zəng etdiyini təsdiqləyir. Amma:

««Yeni Müsavat»ın saytında gedən məlumatın yalan olması ilə bağlı iradımızı bildirmişik. Amma sayta haker hücumuna bizim adiyyatımız yoxdur».

Bundan əvvəl də «Yeni Müsavat»a haker hücumları olmuşdu. Hələlik hücumları kimin təşkil etdiyi barədə rəsmi məlumat yoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG