Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:30

Əlcəzairdə zəbt edilmiş zavodun ərazisindən 15 yanmış cəsəd tapılıb


Foto arxiv

Foto arxiv

Əlcəzairdə yaraqlıların zəbt etdiyi qaz zavodunun ərazisindən 15 yanmış cəsəd tapılıb.
Əməliyyat barədə ziddiyyətli məlumatlar gəlir.

Əlcəzair hakimiyyətinin məlumatına görə, girovluqda hələ də azı 10 xarici qalıb.
Amma 10 yapon və 8 norveçlinin taleyi hələ də bəlli deyil.
Yaraqlılar isə əllərində 7 xarici girov olduğunu deyirlər.

Bundan əvvəl əmıliyyat zamanı 12 girov və 18 yaraqlının öldüyü, 700-ə yaxın yerli və xaricinin isə azad edildiyi bildirilirdi.

Əlcəzair hökumətinin məlumatına görə, yaraqlılar Nigeriyadan gəliblər və Mokhtar Belmokhdarın rəhbərlik etdiyi qrupun üzvləridir.
O Şimali Afrikadakı “Əl Qaidanın” keçmiş yüksək səlahiyyətli komandiri olub.

4 gün əvvəl Liviya sərhəddinin yaxınlığındakı qaz müəssisəsini zəbt edən yaraqlılar, Fransa ordusunun Malidən çıxarılmasını tələb edirlər.
Onlar xəbərdarlıq edib ki, əgər tələbləri yerinə yetirilməsə bu cür əməliyyatlar davam edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG