Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:32
-
Əsgər ölümlərinə etirazla bağlı keçirilən aksiyada saxlananların cərimələrini ödəmək üçün 10 min manat yığılıb.

Bu barədə AzadlıqRadiosuna «Müsbət Dəyişiklik» Gənclər Hərəkatından məlumat verilib.

Məlumata görə, «5 qəpik» kampaniyasında 10000 AZN toplanıb. İanənin toplanmasında 750 nəfər iştirak edib.

Yanvarın 12-də Bakının mərkəzində «Əsgər ölümünə son» aksiyasında saxlanan 22 nəfər ümumilikdə 10 500 manat cərimə edilib. Bundan sonra cərimənin 5 qəpikliklə yığılması kampaniyası başlayıb.

Şərhləri göstər

XS
SM
MD
LG