Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:26

«Şahdağ» Qış-Yay Turizm Kompleksi istifadəyə verilib


Qusarda tikilən «Şahdağ» Qış-Yay Turizm Kompleksi istifadəyə verilib.

APA-nın məlumatına görə, kompleksdə ticarət mərkəzləri, restoran, kafe, oyun zalı, atçılıq, xizəksürmə, kanat yolu və digər xidmətlər fəaliyyət göstərir.

İlkin mərhələdə kompleksdə 80 turistin gecələməsi üçün şərait yaradılıb.

Xizək zolaqlarından istifadə böyüklər üçün 1 günlük 20 manat, yarım günlük 10 manat, uşaqlar üçün 1 günlük 15 manat, yarım günlük 8 manatdır.
Oteldə gecələmək isə 70-100 manatddır.

Qeyd edək ki, rayon mərkəzindən 32 km aralıda olan kompleksin tikintisinə 2009-cu ilin sentyabrında başlanılıb.

Kompleks dəniz səviyyəsindən 1 300-2 351 metr hündürlükdədir. Turizm kompleksinin əsas hissəsi isə dəniz səviyyəsindən 1 640 metr hündürlükdəki təbii yaylaqda yerləşir.
XS
SM
MD
LG