Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:47

Rasim Balayev Azərbaycan Kinematoqrafçılar Birliyindən çıxdı


Rasim Balayev

Rasim Balayev

Tanınmış aktyor Rasim Balayev Azərbaycan Kinematoqrafçılar Birliyindən istefa verib.
Bu barədə AzərTAc agentliyi xəbər verir.

Rasim Balayev bildirib ki, həqiqətən hər bir ziyalı lazım gəldikdə millətinin, xalqının sözünü deməyi bacarmalıdır.
Lakin bu gün dünyada Azərbaycanın uğurlarını gözü götürməyən, hər addımda Azərbaycanı özündən asılı görmək istəyən qüvvələrin kifayət qədər çox olduğu
bir dövrdə hesab edirəm ki, hər bir Azərbaycan ziyalısının borcu möhtərəm cənab Prezidentin səsinə səs vermək, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında onun yanında olmaqdır.

Şəxsiyyətinə hörmət bəslədiyim Rüstəm İbrahimbəyovun son zamanlar daha çox siyasətə qoşulmasını böyük təəssüf hissi ilə qarşılayır və hesab edirəm ki, çoxminli tamaşaçı sevgisini qazanan bir sənətkar, ziyalı olaraq bu təşkilatı tərk etməli, bütün bacarığımı Azərbaycan mədəniyyətinin, kino sənətinin inkişafına və təbliğinə yönəltməliyəm.

Hakimiyyəti sərt tənqid edən kinodramaturq Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi təşkilata cinayət işi açılmış, bəzi üzvləri, o cümlədən Rasim Balayev istintaqa çağrılmışdı.

Rüstəm İbrahimbəyov həm də hökuməti islahata səsləyən Azərbaycan Ziyalılar Forumunun fəallarındandır.
XS
SM
MD
LG