Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:42
Rusiya Baş Prokurorluğu SSRİ-nin sonuncu prezidenti Mikhail Gorbachev barəsində cinayət işinin yenilənməsindən imtina edib.

APA-nın Moskva müxbirinin məlumatına görə, Rusiya vətəndaşlarının Həmkarlar İttifaqı İctimai Birliyi ötən ilin əvvəllərində Mikhail Gorbachevi Sovetlər İttifaqını dağıtdığına, Bakıda bir gündə 132 nəfərin qətlə yetirilməsinə əmr verdiyinə, Vilnüs və Tiflisdə kütləvi qırğınlar törətdiyinə görə məhkəməyə verib.
Eyni zamanda Gorbachev barəsində cinayət işinin yenilənməsi tələbi ilə Baş Prokurorluğun yanında İstintaq Komitəsinə müraciət göndərib.

Baş Prokurorluq isə cavabında müraciətdə Mikhail Gorbachevin cinayət məsuliyyətinə cəlb olunması üçün heç bir əsas olmadığını bildirib və qeyd edib ki, M. Gorbachevin cinayət məsuliyyətinə cəlb edilməsi üçün müvafiq hüquq-mühafizə orqanlarının tələbi olmalıdır.

Bundan sonra Rusiya vətəndaşlarının Həmkarlar İttifaqı İctimai Birliyi Gorbachev barəsində cinayət işinin yenilənməsi ilə bağlı Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Bortnikova müraciət edib.

Rusiya vətəndaşlarının Həmkarlar İttifaqı İctimai Birliyinin Qorbachevin cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı keçirilən məhkəmə prosesi bir ilə yaxındır ki, davam edir.

Birliyinin Moskva bölməsinin rəhbəri Aleksandr Kurinov APA-nın Moskva müxbirinə açıqlamasında bildirib ki, hazırda işə Moskva Apelyasiya Məhkəməsində baxılır.
O qeyd edib ki, sonuncu məhkəmə instansiyasına qədər gedəcəklər və nəticə olmasa Avropa Məhkəməsinə müraciət edəcəklər.

Qeyd edək ki, Mikhail Gorbachev barəsində cinayət işi hələ 1991-ci ildə SSRİ Baş Prokurorluğunun şöbə müdiri Viktor İlyuxin tərəfindən başlanıb.
Lakin sonra o vəzifədən getdiyinə görə, cinayət işinə xitam verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG