Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:04

Timoşenko indi də deputatın qətlində şübhəli bilinir


Yuliya Timoşenko
Yuliya Timoşenko
-

Ukraynanın baş prokuroru bildirib ki, hazırda həbsdə olan keçmiş baş nazir Yuliya Timoşenko 16 il əvvəl deputtatın qətlini sifariş verməkdə şübhəli bilinir.

Baş prokuror Viktor Pşonka deyib ki, bu şübhələr haqda keçmiş baş nazirin özünə də məlumat verilib.

Pşonkaya görə, istintaq kifayət qədər sübut tapıb ki, Timoşenko başqa bir keçmiş baş nazir Pavlo Lazarenko ilə əlbir olaraq deputat Yevhen Şçerbanın qətlini sifariş.ediblər. Bunun üçün onlar qətli icra edənlərə 2,8 milyon dollar pul veriblər.

Şçerban1996-cı ildə Ukraynanın şərqində aeroportda güllələnib.

Timoşenko və Lazarenka ittihamı rədd edirlər.

Timoşenko indi vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə 7 il cəza çəkir.

Hazırda mənimsəmə və vergidən yayınma ittihamı ilə ona qarşı daha bir məhkəmə keçirilir.

Partiyası müxalifətdə olan Timoşenko bu ittihamları siyasi motivli sayır.
XS
SM
MD
LG