Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:30

Müsəlmanlarla xristianlar arasında qarşıdurma olub


-

Misirdə xristianlarla müsəlmanlar arasında növbəti qarşıdurma baş verib.

Qena vilayətinin əl-Maraşeda kəndində müsəlman etirazçılar kilsə qarşısına toplaşıblar. Kilsəyə daş atan kütləni polis gözyaşardıcı qazla dağıdıb.

Müsəlman etirazçılar xristianlara məxsus bir neçə dükanı da gecəylə yandırıblar.

Ölən, yaxud yaralananlar haqda məlumat yoxdur.

Yerli müsəlmanlar bir xristian dükan sahibini 6 yaşlı müsəlman qıza hücum etməkdə ittiham edirlər.

Polis bu iddianı araşdırdığını deyir.

Xristianlar Misir əhalisinin 10 faizini təşkil edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG