Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:43
-
«İNTİHARA HEÇ BİR SƏBƏB YOX İDİ»

Məsim Ələsgərov Gədəbəyin Zəhmət kəndindəndir. «Qaynar xətt»ə şikayət edib ki, 3 ay əvvəl oğlu Aqil Ələsgərovun baş vermiş müəmmalı ölümü ilə bağlı istintaq ləng aparılır. Ata oğlunun ölümünün əsl səbəblərinin açıqlanmasını səbirsizliklə gözləməkdə ikən, ona istintaqdakı hər hansı yenilik barədə məlumat verilmir:

«Oğlumun ölüsü noyabrın 9-da səhər saatlarında Zəhmət kəndindən rayon mərkəzinə gedən yoldan 30-40 metr aralıda tapılıb. Dəmir köşkün bir tərəfində guya asılmış vəziyyətdə idi. Boğazında ip vardı, ancaq ayaqları yerə dəyirdi, dizləri də bükülmüş vəziyyətdə. Öldürüb asmışdılar ki, guya intihar edib».

İki azyaşlı uşaq atası olan 32 yaşlı Aqil Ələsgərov Gədəbəydəki qızıl mədənində fəhlə işləyib. Atası deyir ki, işi mədənə daxil olan və mədəndən çıxan malları maşına yükləyib boşaltmaq, mədəndaxili maşınlarla daşımaqdan ibarət olub:

«Oğlumun əlində işi, ailəsi, maşını vardı. Heç kəsə pul borclu deyildi, heç kəslə düşmənçiliyi, ədavəti yox idi. Özünü öldürməyə heç bir səbəb yox idi. Özünü niyə asmalı idi? Axı bu ölüm hadisəsi heç intihar da deyil. Yalandan ipi salıblar boğazına, ayaqları yerdə bükülü vəziyyətdə, özü də dəmir köşkə söylənmiş. Onu öldürüblər. Mən istintaqdan oğlumun qatilinin tapılmasını tələb edirəm. 3 aydan çox vaxt keçib, istintaq heç nə etməyib».

Baş Prokurorluq

Baş Prokurorluq

EKSQUMASİYA KEÇİRİLİB

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyir ki, ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilib. Hadisə barədə məlumatı olan şəxslərin dairəsi müəyyənləşdirilib və ifadələri alınıb. Ekspertiza ilə ölümün boyun üzvlərinin ilgəklə sıxılması nəticəsində törədildiyi müəyyən edilib:

«Lakin mərhumun valideynləri ərizə ilə rayon prokurorluğuna müraciət edərək, həmin rəylə razı olmadıqlarını və mərhumun qəbirdən çıxarılaraq yenidən müayinə olunmasını xahiş ediblər. Onların vəsatətləri təmin olunub. Aqil Ələsgərovun meyitinin qəbirdən çıxarılması barədə Gədəbəy rayon Məhkəməsinə təqdimatla müraciət olunub. Məhkəmənin qərarı əsasında meyit qəbirdən çıxarılıb, təkrar komission ekspertiza təyin olunub. Ekspertizanın rəyi alındıqdan sonra cinayət işi üzrə müvafiq qərar qəbul ediləcək».

Fakt üzrə Cinayət Məcəlləsinin özünüöldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG