Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:52

Ötən il Bakıda 9719 cinayət törədilib


-
Yanvarın 18-də Daxili İşlər naziri Ramil Usubovun iştirakı ilə Bakı şəhər Baş Polis İdarəsində 2012-ci ilin yekunlarına dair əməliyyat müşavirəsi keçirilib.

Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Rafiq Abbasov məruzəsində bəzi məlumatları bildirib.

Nazirlikdən AzadlıqRadiosuna daxil olan məlumata görə, hesabat dövründə Bakıda 9.719 cinayət qeydiyyata alınıb. Onlardan 79.1%-i açılıb. Bu cinayətlərin 85.8%-i az ağır və böyük ictimai təhlükə törətməyən, 14.2%-i ağır və xüsusilə ağır növ cinayətlər olduğu deyilir.

Hesabat dövründə cinayətlərin açılması 5.3%, onların ağır və xüsusilə ağır növlərinin açılması 7.9% yaxşılaşıb.

Şəxsiyyət əleyhinə törədilmiş 2468 cinayətdən 96.4%, o cümlədən 69 qəsdən adamöldürmənin 94.9% və 34 adam öldürməyə cəhdin hamısı açılıb.

Bu müddətdə 65 soyğunçuluq və quldurluq törətmiş 122 nəfərdən ibarət 49 qrup, eləcə də 117 mənzil oğurluğu törətmiş 74 nəfərdən ibarət 31 qrup zərərsizləşdirilib.

2012-ci ildə 917 nəfərin məsuliyyətə cəlb olunduğu, onlardan 204 kiloqram narkotik vasitə götürüldüyü, 30 nəfərdən ibarət 14 qrup ifşa edildiyi də bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG