Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:56
-

Yazıçı Elçinin “Mahmud və Məryəm” romanının Nobel mükafatına təqdim edilməsinə hazırlıq gedir.

Bu barədə «Kaspi»yə açıqlamasında Beynəlxalq Elmi Araşdırmalar Mərkəzi İctimai Birliyinin rəhbəri, yazıçı-dramaturq Aygün Həsənoğlu bildirib.

Nobel mükafatının kriteriyalarını əsas götürən A.Həsənoğlu Elçin Əfəndiyevin «Mahmud və Məryəm» romanını təsadüfən seçməyib:

«Mənim çox sevdiyim yazıçılar var, ancaq onların əsərləri mənim üçün və Azərbaycan miqyasında maraqlıdır. Ancaq Nobel mükafatının kriteriyalarına uyğun gələn, öz bəşəri məzmununa görə seçilən əsər kimi Elçin Əfəndiyevin «Mahmud və Məryəm» romanını seçdim. Hesab edirəm ki, həqiqətən də bu əsər dünyaya çıxmağa və mükafata təqdim olunmağa layiqdir».

Romanın başqa dillərə də tərcümə olunduğunu xatırladan yazıçı-dramaturqun qənaəti daha da qətiləşib: «Məlumdur ki, roman Avropa dillərinə tərcümə olunub. Artıq əlimizdə əsas var ki, «Mahmud və Məryəm» Nobelə təqdim olunmağa layiqdir».

Arıq bu istiqamətdə fəaliyyətə başladığını deyən İB sədri bildirib: «Romanın nümunələrini artıq əldə etmişəm. Amma hələ dəqiq deyə bilmərəm ki, əsər təşkilata fərdi, yoxsa bizim təşkilatımız adından təqdim olunacaq. Əlbəttə, nəticə istədiyimiz kimi olmaya da bilər. Əsas odur ki, öz yazıçımızın əsərini dünyaya təqdim edə biləcəyik. Ən azından, bu əsərin orada namizəd olması bizim üçün bir fəxrdir».

Maraqlıdır ki, Elçin bundan əvvəl bir neçə dəfə Nobel mükafatı, laureatların seçimi ilə bağlı tənqidlər səsləndirib.

Xatırladaq ki, ötən il başqa bir Azərbaycan yazıçısı - Kamal Abdullanın da Nobelə namizədliyi irəli sürülmüşdü. Azərbaycanda ilk dəfə olaraq onun namizədliyi qeydə alınmışdı.

Ötən il Nobel çinli yazıçı Mo Yana verilib.

ann.az

Günün bütün mövzuları

XS
SM
MD
LG