Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:42
-
Bakıdan Əli İsmayılov «Qaynar xətt»ə Səbail rayon Polis idarəsinin 8-ci polis bölməsindən şikayət edib.

Deyir ki, ötən ilin sentyabr ayında tanışı Ramil Məmmədovdan «Kia Klarus» markalı avtomobil alıb. Alqı-satqıdan sonra avtomobildə çoxlu sayda problemlər üzə çıxıb. O vaxtdan avtomobili geri qaytara bilmir. 4 aydır polisə şikayət edib, ancaq şikayətinə baxılmır:

«Məni aldadıb, maşını satanda deyib ki, heç bir yerində qüsur yoxdur, mən də inanmışam, 4500 dollar verib maşını almışam. Aldığımdan 10 gün ərzində maşının düzəldilməsinə 1000 manatdan çox pul xərcləmişəm. Gördüm bu maşın düzələnə oxşamır, Ramil Məmmədovun yanına gedib dedim ki, maşını geri qaytarıram. O isə razılaşmadı. Dedi ki, almısan, vəssalam. Geri qaytarmaq yoxdur. Aramızda mübahisə düşdü, məni təhqir etdi, hədələdi. Mən də polisə şikayət etdim. 4 aydır ki, gedib gəlirəm, şikayətimə baxan yoxdur».

Daxili işlər nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə deyir ki, Əli İsmayılovun şikayəti Səbail rayon polis idarəsinin 8-ci polis bölməsində araşdırlıb. Şikayətin mülki xarakterli olduğu nəzərə alınıb və Əli İsmayılova məhkəməyə müraciət etməsi tövsiyə olunub:

«Ona rəsmi bildirilib ki, məhkəməyə müraciət etsin».

Hüquqşünas Namizəd Səfərov bildirib ki, Əli İsmayılovla Ramil Məmmədov arasında alqı-satqı müqaviləsi varsa, onların arasındakı mübahisə mülki xarakter daşıyır:

«Əli İsmayılov qarşı tərəflə mübahisəni məhkəmə müstəvisi ilə yoluna qoymalıdır».

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG