Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:36
-

“Əlcəzairdəki girov böhranı bitməyib və vəziyyət təhlükəli olaraq qalır”.

Bunu Britaniyanın baş naziri Devid Kameron parlament qarşısındakı çıxışında deyib.

Onun sözlərinə görə, Əlcəzair qoşunları hələ də qaz zavodunu ələ keçirmiş terrorçulara qarşı əməliyyatı və xilas edilə bilməmiş girovların axtarışını davam etdirirlər.

Baş nazir girovlar arasında Britaniya vətəndaşlarının da olduğunu deyib.

Terrorçular fransız qoşunlarının Malidə islamçı yaraqlılara qarşı apardığı əməliyyatın dayandırılmasını tələb edirlər.

Əlcəzair qoşunları zavoda hücum edərək 18 yaraqlını məhv ediblər. Amma onlarla girov da ölüb. Qaçıb canını qurtaran girovlar da olub.

Yaraqlılar qalan girovları öldürməklə hədələyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG