Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:01

Nazarbayev: “Latın əlifbasına keçiddə siyasi motiv yoxdur”


-

“Qazaxıstanın latın əlifbasına keçidində heç bir siyasi motiv yoxdur”. Bunu Astanada xarici diplomatlarla görüşündə Qazaxıstan prezidenti Nursultan Nazarbayev deyib.

“Qazaxıstanın bu addımla hansısa siyasi prioritetlərə əsaslanmasını güman etmək yanlışdır. Biz bütün dövlətlərlə humanitar və mədəni əlaqələrin inkişafında maraqlıyıq və buna çoxvektorlu yanaşmanın tərəfdarıyıq. Bu keçid dövlət dilinin inkişafı üçün vacibdir” – deyə o bildirib.

Prezident bildirib ki, onun ölkəsi Avroasiya inteqrasiyasını mühüm sayır. Amma eyni zamanda hesab edir ki, Rusiya da, Belorus da, Qazaxıstan da müstəqil dövlətlərdir və hər birinin öz maraqları var.

Günün bütün mövzuları

XS
SM
MD
LG