Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:04

Kosovoda iğtişaşlar baş verib


-

Kosovonun paytaxtı Priştinada iğtişaşlar baş verib.

Etirazçılar 3 hökumət maşınını yandırıblar.

Onlar Kosovo prezidenti Taçinin Serbiya liderləri ilə Brüsseldə danışıq aparmasının əıeyhinədirlər.

Vaxtilə Serbiyanın bir parçası olan Kosovo 2008-ci ildə özünü müstəqil dövlət elan edib.

Bir çox dünya ölkələri onun müstəqilliyini tanısa da, Serbiya buna qarşı çıxıb.

Avropa Birliyi indi istəyir ki, Serbiya və Kosovo barışsın. Bu, Serbiyanın Avropa Birliyinə qəbulu üçün vacibdir.

Serblərin kosovolulara qarşı ötən əsrin 90-cı illərində törətdiyi soyqırımına görə iki tərəf arasında soyuqluq davam edir.

Avropa Birliyinin vasitəçiliyi ilə keçən danışıqlarda Serbiya çalışır ki, Kosovonun şimalında kompakt yaşayan serblərə muxtariyyət alsın, bunun əvəzində isə Kosovonu müstəqil dövlət kimi tanımağı vəd edir.

Kosovoda etiraz aksiyası keçirənlər isə Serbiyaya hər hansı güzəştin əleyhinədirlər.
XS
SM
MD
LG