Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:34
-

Bahar Muradova: «Lənkəranda İsa Qəmbərin başına gələnlərin təşkilatçısı biz olsaydıq...»
«Lənkərana səfər zamanı İsa Qəmbərin başına gələn olayın təşkilatçısı biz olsaydıq, bu onların əlinə özlərini cəmiyyətə böyük təqdim etmək üçün fürsət vermiş olardı. Bu mənada biz onun kimilərin başına belə bir iş gəlməsində, onların da bundan öz piarları üçün istifadə etmələrində maraqlı deyilik».
APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şuranın üzvü, Milli Məclis sədrinin müavini Bahar Muradova belə deyib.
Bununla belə, Bahar Muradova qeyd edib ki, belə bir hadisə baş verib, ortada faktiki iştirakçılar var, onların iştirakı və rolu araşdırılmalıdır: «Hakimiyyətin və hakim partiyanın bura nə aidiyyəti var?! Onların ittihamları əsassızdır, hakimiyyətin bu məsələdə heç bir rolu yoxdur. Biz öz işimizlə məşğuluq, başqalarının hara səfər etməsi, niyə səfər etməsi ilə bağlı qarşımıza hansısa proqram və vəzifə qoymamışıq. Belə işlərlə məşğul olmağa həvəsimiz yoxdur».
B. Muradova deyib ki, hadisədə cinayət tərkibli fakt varsa, aidiyyəti qurumlar araşdırıb ortaya qoymalıdır: «Amma bunu birbaşa hakimiyyətin ayağına yazmaq, hakimiyyətin planı kimi təqdim etmək o səfəri və o səfərin iştirakçılarını cəmiyyət qarşısında həddindən artıq böyütmək deməkdir».
Yanvarın 13-də Müsavat başqanı İsa Qəmbər partiyanın yerli təşkilatının tədbirində iştirak üçün Lənkərana səfər edən zaman bir qrup şəxsin hücumuna məruz qalıb. İsa Qəmbər və tərəfdarları baş verənlərdə hakimiyyəti və hakim partiyanı ittiham edirlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG