Keçid linkləri

2017, 18 Yanvar, çərşənbə, Bakı vaxtı 01:40
İslamabaddakı hökumət əleyhinə nümayişin təşkilatçısı, dini xadim Muhammad Tahir il Qadiri hökumətlə razılığa gəldiyini deyir.

O belə bir bəyanatla nazirlər kabinetinin üzvləri ilə görüşdükdən sonra çıxış edib.
Görüş parlamentin ətrafında güllı keçməyən konteynerdə baş tutub.

Qadiri aksiya iştirakçılarına bildirib ki, razılaşma imzalanmaq üçün baş nazir Raja Pervez Ashrafa təqdim ediləcək.
Amma bunun böhrana son qoyacağı hələ ki, bəlli deyil.

Nümayişçilər ölkədə demokratik və seçki islahatları keçirilməsini tələb edirlər.

Bir neçə il Kanadada yaşayan Qadiri bu yaxınlarda vətənə dönərək Lohar şəhərindən İslamabada yürüş təşkil edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG