Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:18

Rusiyalı fəalın Niderlandda özünü öldürdüyü bildirilir


Məlumatlara görə, Rusiyada qeydə alınmayan “Başqa Rusiya” partiyasının fəallarından biri Aleksandr Dolmatov Niderlandda özünü öldürüb.
O bu ölkədən siyasi sığınacaq istəmişdi.

Bu barədə vəkil Evgeni Arkhipova qaçqınlar üzrə “United” adlı beynəlxalq şəbəkənin rəhbəri məlumat verib.

Onun məlumatına görə Dolmatov özünü qaçqınlar mərkəzində öldürüb.

Onun sözlərinə görə Niderland hökuməti bundan əvvəl ona sığınacaq verməkdən imtina edib və yaxın vaxtlarda onun apellyasiya şikayyətinə baxılmalı imiş.

Rusiya müdafiə müəssisələrindən birinin aparıcı konstruktoru olan Dolmatov, evində axtarış aparıldıqdan sonra ötən ilin iyununda Rusiyanı tərk edib.

O müsahibələrindən birində ötən ilin mayında Moskvanın “ Bolotnaya” meydanında baş vermiş iğtişaşa görə mühakimə olunmaq istəmədiyini bildirmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG