Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:12

Mehriban Əliyeva Olimpiya Təşkilat Komitəsinin sədri təyin edilib


Mehriban Əliyeva

Mehriban Əliyeva

Azərbaycan prezidenti İlham Əliyev I Avropa Oyunlarının 2015-ci ildə Bakıda keçirilməsi ilə bağlı təşkilat komitəsi yaradılması barədə sərəncam imzalayıb.

APA-nın məlumatına görə, prezidentin sərəncamı ilə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Təşkilat Komitəsinin sədri təyin olunub.

Sərəncama əsasən, Azərbaycan Gənclər və İdman Nazirliyi Bakı Şəhər İcra Hakimiyyəti və Milli Olimpiya Komitəsi ilə birlikdə I Avropa Oyunlarının keçirilməsi ilə bağlı xüsusi tədbirlər planı hazırlayıb Təşkilat Komitəsinə təqdim etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG