Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:18

Əlcəzairdə qaz zavoduni zəbt etmiş yaraqlılara qarşı əməıliyyat başlanıb


Foto arxiv, undated
Foto arxiv, undated
Əlcəzair ordusu ölkənin şərqində qaz zavoduni zəbt etmiş islamçı yaraqlılara qarşı əməıliyyata başlayıb

Bu barədə Böyük Britaniyanın xarici işlər nazirliyi xəbər verir.
Yerli sakinlər ərazidə xeyli cəsəd olduğunu deyirlər.

Təstiq olunmamış bəzi məlumatlarda isə əməliyyat zamanı 34 girov və 14 yaraqlının öldüyü bildirilir.

Bundan əvvəl azı 15 xarici və 30 yerli girovun qaçdığı xəbər verilirdi.

Yaraqlılar Fransa ordusunun Malidən çıxarılmasını tələb edirdilər.

ABŞ və digər qərb ölkələri bu hücumu pisləyib.

Bu qaz yataqlarında BP ilə yanaşı Norveçin Statoil və Əlcəzairin dövlət şirkəti çalışır.
XS
SM
MD
LG