Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:52

Kişinin arzusuyla İranda qadının pasportu alına bilər


Iranlı qadın Ayatollah Ruhollah Khomeininin ölümünün 23-cü ildönümü mərasimində, Tehran, 03 İyun 2012

Iranlı qadın Ayatollah Ruhollah Khomeininin ölümünün 23-cü ildönümü mərasimində, Tehran, 03 İyun 2012

İran Parlamentinin milli təhlükəsizlik komitəsi qadınların səyahət hüququnu məhdudlaşdıran yeni qanun layihəsi hazırlayıb.

İndi qüvvədə olan qanuna görə istənilən yaşda olan iranlı qadın passport ala bilmək üçün atası və ya qəyyumunun, ərdədirsə, həyat yoldaşının icazəsini təqdim etməlidir.

Amma yeni qanuna görə isə, əgər hər hansı öz qızına, və ya ər arvadına passport almağa icazə veribsə də, sonradan fikrini dəyişə bilər. Qanuna görə, kişi fikrini dəyişərsə qadının pasportu müsadirə olunur.

Əvvələr isə belə idi ki, kişi fikrini dəyişdiyi və yazılı şəkildə müraciət elədiyi halda qadını sadəcə sərhəddən buraxmırdılar, amma pasportu özündə qalırdı.

İran parlamentarları deyirlər ki, bu dəyişikliklər qadının rifahı üçün edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG