Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:32

Suriyanın Homs şəhərində 106 dinc sakin öldürülüb


Suriyanın hökumət qüvvələri bu həftə Homs şəhərində 106 nəfəri qətlə yetirib.
Bu barədə Londonda fəaliyyət göstərən suriyalı hüquq müdafiəçiləri xəbər verirlər.

Onlar öldürülənlərdən bəzilərinin yandırıldığı deyirlər.
Hüquq müdafiəçilərinin sözlərinə görə ordu bununla hərbi akademiyaya hücum edən yaraqlıları bu rayona buraxan yerli sakinlərdən qisas alıb.

Bu gün paytaxt Dəməşqin cənubunda keçirilmiş hava əməliyyatında isə 7 uşaq da daxil olmaqla azı 11 adam ölüb.

Məlumatlara görə fələstin və suriyalı qaçqınların yaşadığı Hüseyniyə rayonuna 3 raket buraxılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG