Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:45

Pakistan hakimiyyətinə verilən vaxt bitib


İslamabadda keçirilən nümayişin təşkilatçısı, dini xadim Muhammad Tahir ul Qadirinin hökumətə verdiyi vaxt bu gün sona yetib.

O ölkədə demokratik və seçki islahatlarını müzakirə etmək üçün hökumətin onlarla dialoqa getməsini tələb edir.

Daxili işlər naziri Rahman Malik cümə axşamına keçən gecə nümayişin dağıdılacağını xəbərdarlıq edib.
Amma hökumət bir qədər sonra bu məlumatı təkzib edib.

Öz növbəsində Qadiri onun hərbçilərə arxalanması ilə bağlı kütləvi informasiya vasitələrində gedən məlumatları təkzib edib.

Bir neçə il Kanadada yaşayan Qadiri bu günlərdə Lohar şəhərində İslamabada yürüş təşkil edib.
XS
SM
MD
LG