Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 08:00

«Facebook»un gənclər tərəfindən ən sevilən səhifələri


-
«Facebook»da səhifə yaradırsan, paylaşımlar edirsən, istifadəçilərin, necə deyərlər, «like»ların çoxalır. Kimisi şəbəkələrdəki səhifəni nüfuz üçün yaradır, kimisi həvəs, kimisi gəlir götürmək üçün. «Flashmob»un budəfəki qonaqları «Facebook»da ən çox sevilən səhifələrin adminləridir.

«Azerbaijan-Azerbaycan» səhifəsinin admini deyir ki, hazırda səhifənin 200 mindən çox üzvü var. Əvvəllər səhifədə vətənpərvərlik mövzusunda daha çox paylaşımlar olunsa da, indi daha kreativ mövzular paylaşılır.

«Is our national» səhifəsinin isə istifadəçisinin sayı 6 mindən çoxdur. 2012-ci ilin avqustunda yaradılan səhifənin məqsədi Azərbaycan reallığı ilə xarici müqayisə edib yumoristik-satirik mövzular yazmaqdır:

«Mən bu səhifəni açanda heç vaxt inanmazdım ki, bu qədər istifadəçi olacaq. Özüm üçün açdım, o da qısa müddətdə bu qədər istifadəçi yığdı».

«AzTV-dən seçmələr» isə bu səhifələrin içərisində ən son yaranandır. Səhifənin admini deyir ki, səhifənin yaranmasına ilham verən də Azərbaycan televiziyasında yayımlanan bir futbol oyununun şərhi olub:

«Biz özümüzü ultra-satirik adlandırırıq. Bizdə satiranın qarasıdır. Mümkün qədər gördüyümüz hər şeyi satirikləşdirib yazırıq».

GÜNÜN 14 SAATI

Adminlər deyir ki, admin olmaq çətindir. Çünki paylaşımlar edib, aktivliyi artırmalısan. «Azerbaijan-Azerbaycan» səhifəsinin admini səhifəyə gününün 14 saatını ayırır. «Is our national»ın admini isə deyir ki, tələbə olduğu üçün çox vaxtı olmur:

«Davamlı girib baxıram, statusları təzələyirəm, gündə əvvəl bir status yazırdımsa, indi 3 status yazıram. Bundan əlavə də, mesajları yoxlayıram, çünki səhifə ilə çox adam əməkdaşlıq edib, töhfələr verir, onların arasından da maraqlı olanları seçib paylaşıram».

«AzTV-dən seçmələr»in admini səhifəyə ancaq gecələr vaxt ayıra bilsə də, səhifənin bir neçə admini var deyə, səhifə, necə deyərlər, yiyəsiz qalmır:

«Günün nəsə önəmli hadisəsi varsa, yaxud hansısa bayramdırsa, səhifənin 4 admininin 4-ü də səhifədə paylaşımlar edir».
ƏN ÇOX «QAZANANI»

«Azerbaijan-Azerbaycan» səhifəsinin admini deyir ki, daha çox dini və vətənpərvər mövzudakı paylaşımlar sevilir. «AzTV-dən seçmələr» səhifəsində isə prinsip olaraq dini paylaşımlar edilmir. Təhqir isə olar, yetər ki, konkret kiməsə ünvanlanmasın.

«Qaqaş, siz səhv söhbət aparırsız» cümləsi isə «Is our national» səhifəsinin sevilməyən şərhidir. Təhqir kimi bu cümləni yazan istifadəçilər də admin tərəfindən uzaqlaşdırılır.

Bu üç səhifədən ən çox «qazananı» isə «Azerbaijan-Azerbaycan» səhifəsidir. Səhifədə edilən paylaşımlar aktivliyi artırır. Daha çox aktivlik isə daha çox gəlir deməkdir. Səhifə admini xəbər saytlarının materiallarını paylaşmaqla hər ay bunun üçün ödəniş əldə edir.

Səhifə adminləri «Flashmob»da ən sevilən mövzulardan və ən çox bəyənilən yazılardan da danışıblar.


Verilişi tam olaraq burdan dinlə:


XS
SM
MD
LG