Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:32

Əlcəzair ordusu islamçıların zəbt etdiyi qaz zavodunu mühasirəyə alıb


Əlcəzair ordusu ölkənin şərqində islamçıların zəbt etdiyi qaz zavodunu mühasirəyə alıb.

Yaraqlıların əlində Britaniya, Yaponiya, Fransa və Norveç vətəndaşları da daxil olmaqla 41 girov olduğu xəbər verilir.

Onlar Fransa ordusunun Malidən çıxarılmasını tələb edirlər.

Əlcəzair hökuməti yaraqlılarla danışıqların mümkünlüyünü rədd edib.
Həmçinin ABŞ və digər qərb ölkələri bu hücumu pisləyib.

Bu qaz yataqlarında BP ilə yanaşı Norveçin Statoil və Əlcəzairin dövlət şirkəti çalışır.

ABŞ müdafiə naziri Leon Panetta Romada bildirib ki, Vaşinqton vəziyyəti yoluna qoymaq üçün bütün mümkün imkanlara əl atacaq.

Məlumatlara görə yaraqlıların obyektə hücumu zamanı 1 Britaniya və 1 Əlcəzair vətəndaşı ölüb, 6 nəfər isə yaralanıb.
XS
SM
MD
LG