Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:39

Ordudakı vəziyyəti necə yaxşılaşdırmalı? [Video]


Hərbi ekspertlər Üzeyir Cəfərov və Azad İsazadə orduda vəziyyətin yaxşılaşdırılması üçün təkliflərini səsləndirirlər.

-


Üzeyir Cəfərov:

- Mən prezidentin əsgər ölümlərinə belə bir münasibətini gözləmirdim. ABŞ kimi böyük bir dövlətin də ordusunda baş verən əsgər ölümləri ilə bağlı prezident səviyyəsində münasibət bildirilir. Qonşu Gürcüstanda prezident Saakashvili Yeni ili Əfqanıstanda öz əsgərləri ilə birlikdə qeyd etdi. Hər halda, belə çıxışlarda bir qədər fərqli ifadələr işlənilsə, daha yaxşı olar. Belə çıxır ki, biz ordunu tənqid ediriksə, çatışmazlıqlardan danışırıqsa, biz də ünsürük. Prezidentin orduda baş verənlərdən xəbəri yoxdursa, bunun özü də yolverilməzdir. Xəbəri varsa və bu cür münasibət göstərirsə, bu yanaşma mənim üçün qəbulolunmazdır. Həyat varsa, ölüm də var, itim də var. Amma hər şeyi öz adı ilə çağırmaq lazımdır…

Azad İsazadə:

- Cəmiyyət faktiki olaraq orduda gedən proseslərə qarşı etiraz etdi. Təəssüf ki, siyasi rəhbərlik bu etirazı anti-ordu etirazı kimi qiymətləndirdi. Bu, bizi ciddi narahat edir. Səbəbini bilmirəm. Məlumatı yoxdur və ya var, başqa cür məlumat veriblər, ya da ki hansısa siyasi amillər burda rol oynayıb, bilmirəm. Ali baş komandan özü bilər. Onun, yəqin ki, məlumatı bizdən daha çoxdur. Amma mən bir ictimaiyyət nümayəndəsi kimi hiss etdim ki, bizi orduya qarşı qoyublar. Halbuki bizim etiraz hərəkatımız orduya yardım etmək, ordunu xilas etmək məqsədi daşıyırdı. Amma bizi kəsdilər, kənara çəkdilər ki, bu sizlik deyil, siz bu işə qoşulmayın, biz özümüz bilərik, cəmiyyətin nədənsə xəbəri olmamalıdır. Belə münasibət isə məni çox narahat edir...

Şərhləri göstər

XS
SM
MD
LG