Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:45

Dili korlayanlara qarşı genişmiqyaslı hücum başlanır


-

Gələn ay Azərbaycanda dil pozuntularına qarşı genişmiqyaslı monitorinqlərə başlanacaq.

Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədri Mahmud Kərimov bildirib.

M. Kərimovun sözlərinə görə, yaxın vaxtlarda AMEA Dilçilik İnstitutunda bölgü müəyyən olunacaq və televiziyada, mətbuatda, reklam sahəsində, internetdə, ictimai yerlərdə dil qaydalarına riayət olunmasını yoxlamaq üçün Monitorinq Qrupları yaradılacaq:

«Azərbaycanda interaktiv fəaliyyət göstərən xüsusi portal yaradılacaq.

İctimaiyyət bu portala dillə bağlı təkliflərini, iradlarını, şikayətlərini bildirə biləcək.

Həmçinin ölkədə dil pozuntularını qeydə alan «Qaynar xətt» yaradılacaq. Monitorinq Qrupları formalaşdıqdan sonra gələn ay monitorinqlərə başlanacaq».

Prezident İlham Əliyevin sərəncamına əsasən hazırlanan «Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı»nın layihəsi hazırda Nazirlər Kabinetindədir.

Layihənin yaxın vaxtlarda təsdiq olunacağı gözlənilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG