Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:21
-

ORTA MƏKTƏBDƏ DAHA BİR OLAY

«Bizim yol» Lənkərandakı orta məktəblərdən birində müəllimin şagirdi döyməsindən yazır. Qəzet hadisənin Lənkərandakı 8 saylı məktəbdə baş verdiyini yazır.

Qızının döyülməsindən sonra direktorun yanına şikayətə getdiyini deyən ata, sonradan iki uşağının məktəbdən qovulduğunu bildirib. «...atanın sözlərinə görə, müəllimin zərbəsindən uşağın qulaq pərdəsi zədələnib. Bu barədə sahə müvəkkilinə də şikayət edib. Hadisədən sonra iki qızı da məktəbdən qovulub. Artıq şagirdlər 3 gündür ki, tədrisdən kənarda qalıblar».

MDB-DƏ SOVET ƏMANƏTLƏRİNİ ƏN YÜKSƏK MƏBLƏĞDƏ AZƏRBAYCAN ÖDƏYİB

«Azərbaycan» qəzeti yazır ki, MDB məkanında keçmiş sovet əmanətlərini ən yüksək indekslə Azərbaycan qaytarıb.

«Hər keçmiş sovet 1000 rubluna görə Rusiyada 30, Belarusda 33, Ermənistanda 34, Qırğızıstanda 21, Qazaxıstanda 7, Özbəkistanda 109 ABŞ dolları məbləğində pul verilib.

Ukraynada ümumiyyətlə, bu prosesi başa çatdırmaq mümkün olmayıb. Azərbaycan isə 1000 rubl əmanət qalığına görə vətəndaşlara 190 ABŞ dolları ödəməklə bütün MDB-də yenə də fərqlənib».

İSA QƏMBƏRƏ HÜCUMDA MƏQSƏD...

«Yeni Müsavat» Müsavat başqanı İsa Qəmbərə Lənkəranda olan hücumla bağlı araşdırma aparıb. Qəzet yazır ki, hücumda məqsəd İsa Qəmbəri vurub, video ilə yaymaq olub.

«Hadisədən sonra yerli müsavatçılara da təzyiqlər başlayıb. Müsavatın Lənkəran təşkilatının qərargahı bağlanıb».

«...İLHAM ƏLİYEVİ HAAQA MƏHKƏMƏSİNƏ VERƏCƏM»

«Basqılar dayanmasa Əliyevi Haaqa Məhkəməsinə verəcəm». Bunu «Azadlıq» qəzetinə müsahibəsində yenicə həbsdən çıxan hüquq müdafiəçisi Vidadi İsgəndərli deyib.

«Artıq belə yaşamaq mümkün deyil. Bir il doqquz aylıq girovluqdan çıxdığım bəs deyil, artıq məni nəzarətə götürüblər».

«MARGİNALLARIN DEDİ-QODU MƏKANINI»

«Yeni Azərbaycan» yazır ki, «Ziyalılar Forumu» marginalların dedi-qodu məkanına çevrilib».

Qəzetə görə, «Ziyalılar Forumu»nda yer alan bəzi şəxslərin davranışları daha çox qabaqdangəlmişlik etmək, öz qaranlıq əməllərini ört-basdır etmək üçün hökumətə ittihamlar yönəltmək məqsədi daşıyır».

SUBAŠIĆ AZAL-LA RAZILAŞMADI

«Futbol+» yazır ki, «Branimir Subašić 100 min manatdan çox istədi, AZAL imtina etdi».

Qəzetə görə, Subašić 100 min manatlıq anlaşmaya əvvəlcə razılıq versə də sonradan artırılmasını istəyib. «Ancaq son görüşdə Sadıqovdan məbləğin artırılmasını xahiş edən milli üzvü bunun mümkün olmayacağını eşidincə fikirləşmək üçün daha bir gün vaxt istəyib. Sonradan Subašić-dən səs çıxmadığından onun transferindən imtina olunub».

Günün bütün mövzuları

XS
SM
MD
LG