Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 02:04

Növbəti günlərdə də hava mülayim olacaq


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görə, növbəti 3 gün ərzində Azərbaycanın hava şəraitində ciddi dəyişiklik gözlənilmir. Əksər ərazilərdə, o cümlədən Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz keçəcək. Səhər və axşam saatlarında duman gözlənilir.

Mövcud temperatur çoxillik normadan 1,6 dərəcə yüksəkdir.

Bakıda və Abşeron yarımadasında gündüz temperatur 6-11 dərəcə olacaq, cənub-qərb küləyinin güclənməsi nəticəsində dağlıq ərazilərdə gündüz temperatur 2-7 dərəcə, Aran rayonlarında isə 7-12 dərəcə təşkil edəcək.
XS
SM
MD
LG