Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:38

Zaqatalada polisə aparılıb saqqalı qırxılan var


-
«Yanvarın 16-da Qurban Orucov Zaqatala polisinə aparılıb və orda məcburi saqqalı qırxılıb».

Bunu AzadlıqRadiosuna adıçəkilən şəxsin yaxını Allahyar Yusubov deyib.

«Qurban Orucovu bazardan polisə aparıblar və məcburi saqqalını qırxıblar. O, sakit adamdır, bazarda satıcıdır. Dəfələrlə bizi aparıb məcburi saqqalımızı qırxıblar. Məni də bir neçə dəfə aparıblar. Belə iş olar? Hələ də onu buraxmırlar. İndi məlumat aldıq ki, onu məhkəməyə aparacaqlar. Biz prezidentdən tutmuş hər yerə şikayət edəcəyik».

Zaqatala rayon Polis İdarəsindən isə məlumatı təsdiqləmirlər:

«Polisə elə bir adam gətirilməyib»

İndiyə qədər Zaqataladan saqqallarının məcburi qırxılması ilə bağlı bir neçə dəfə belə şikayətlər olub.

2012-ci ilin sentyabrında AzadlıqRadiosuna müraciət edən rayonun Yuxarı Tala kəndinin bir qrup sakini məhz saqqallı olduqları üçün şəxsiyyət vəsiqəsi ala bilmədikləri barədə şikayət etmişdilər.

Amma bunu da rayon polisi təkzib etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG