Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:56

Dan Brown indi də «İlahi komediya»nın sirlərini açır…


İtaliya, Dantenin "İlahi komediya"sı əsasında çəkilən filmdə cəhənnəm səhnəsi
İtaliya, Dantenin "İlahi komediya"sı əsasında çəkilən filmdə cəhənnəm səhnəsi
-
Mayın 14-də Dan Brown-un yeni romanı —«Cəhənnəm» (Inferno) bütün dünyada eyni vaxtda satışa çıxacaq.

Xəbəri «The Guardian» yayıb.

BAŞ QƏHRƏMAN DƏYİŞMƏYİB

Romanın baş qəhrəmanı Brown-un əvvəlki romanlarından tanış olan prof. Robert Langdon olacaq.

Yeni romanda Brown Dante-nin «İlahi komediya»sının simvollarının gizlinlərini açacaq.

Əhvalatlar İtaliyada baş verəcək. Süjetin mərkəzində «İlahi komediya»nın birinci hissəsi olan cəhənnəm duracaq.

HAMINI KODLAR VƏ SİMVOLLAR SƏLTƏNƏTİNƏ DƏVƏT EDİRƏM

Yazıçının mediaya açıqlamasına görə, «İlahi komediya»nı tələbə vaxtı oxusa da, onun müasir mədəniyyətə necə təsir etdiyini təzəcə -- Florensiyada araşdırmalar apararkən qiymətləndirə bilib.

«Yeni romanın bütün oxucularını «İlahi komediya»nın kodlar və simvollar səltənətinə səyahətə dəvət edirəm».

Bunları isə məşhur yazıçı öz internet saytında yazıb.

Dan Brown, 2006
Dan Brown, 2006
İLK TİRAJ 4 MİLYON NÜSXƏ OLACAQ

Kitab Nyu-Yorkun «Doubleday» nəşriyyatında çıxacaq.

Artıq nəşriyyat kitabın ilk tirajının 4 milyon nüsxə olacağını açıqlayıb.

NƏ YAZIR-BESTSELLER OLUR!

Dan Brown ən populyar və çox satılan ingilisdilli yazıçılardandır.

Onun 2003-cü ildə çıxan «The Da Vinci Code» kitabı onilliyin bestselleri olub.

2009-cu ildə bu romandan bütün dünyada 80 milyon nüsxə satılıb.

2006-cı ildə roman əsasında film də çəkilib.

Yazıçının 2000-ci ildə çıxan «Angels & Demons» romanı və 2009-cu ildə nəşr edilən «The Lost Symbol» da bestsellerə çevrilib.
XS
SM
MD
LG