Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:53

Pakistan yenə də Hindistanı ittiham edir


Pakistan bu gün Hindistanı daha bir əsgərinin ölümündə günahlandırırb.

İslamabadın məlumatına görə, Hindistan əsgərləri mübahisəli Kəşmir bölgəsində nəzarət xəttini keçərək Pakistan ordusunun postunu atəşə tutublar.

Hindistan ordusu isə ötən gecə Punc rayonundakı mövqeinin Pakistan tərəfdən atəşə tutulduğunu deyir.

Son günlər Kəşmirdə baş verən bu cür insidentlər nəticəsində 2 Pakistan və 2 Hindistan əsgəri ölüb.

2003-cü ildə tərəflər arasında atəşkəs razılaşması əldə olunub.
Kəşmirə görə indiyədək Pakistanla Hindistan arasında 3 dəfə müharibə olub.
XS
SM
MD
LG