Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:24

Yanvarın 20-də polis gücləndirilmiş iş rejimində çalışacaq


Yanvarın 20-də Azərbaycanda polis gücləndirilmiş iş rejimində çalışacaq.

Daxili İşlər Nazirliyinin məlumatına görə, 20 Yanvar faciəsinin 23-cü il dönümü ilə əlaqədar keçiriləcək tədbirlər zamanı ictimai asaiş və təhlükəsizliyin təmin edilməsinə əlavə qüvvələr cəlb ediləcək.

Həmin gün paytaxtın bəzi yerlərində nəqliyyatın hərəkətini tənzimləmək üçün zəruri tədbirlər görüləcək, əhalinin gur olduğu yerlər və strateji obyektlərə nəzarət gücləndiriləcək.

Yanvarın 20-si saat 12.00-da respublika ərazisində şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad ediləcək, anım mərasimləri keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG