Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:04

Avropa məhkəməsi xaç taxdığı üçün işdən qovulanın şikayətini təmin edib


ROMANIA -- A Romanian diver shows a wooden cross he retrieved from the Black Sea thrown by an Orthodox priest during an epiphany religious service in Constanta city (230km east from Bucharest) 06Jan2013.

ROMANIA -- A Romanian diver shows a wooden cross he retrieved from the Black Sea thrown by an Orthodox priest during an epiphany religious service in Constanta city (230km east from Bucharest) 06Jan2013.

British Airways aviaşirkəti xristian işçisinə qarşı ayrı-seçkilik edib

Yanvarın 15-də Avropa İnsan Haqları məhkəməsi British Airways aviaşirkətinin xristian işçisinə qarşı ayrı-seçkilik etməsinə qərar verib.

Nadia Eweida 2006-cı ilin noyabr ayında boynuna taxdığı xaçı çıxartmağa razılıq vermədiyi üçün işdən çıxarılmışdı. Şİrkətdən ona bildirmişdilər ki, heç bir işçiyə hər hansı dini simvolu görünən şəkildə taxmağa icazə yoxdur.

Nadia Eweida ayrı-seçkilik şikayəti ilə Britaniya məhkəmələrinə baş vurub ona kompensasiya ödənilməsini tələb etsə də, məhkəmə avia şirkəti haqlı çıxarmışdı.

Eweidanın Strasburqdakı İnsan Haqları məhkəməsinə şikayəti isə təmin edilib.

Ancaq məhkəmə ayrı-seçkilikdən şikayət edən digər 3 xristianın şikayətini təmin etməyib. Onlardan biri xaç taxması qadağan edilən tibb bacısı, o birisi dinə uyğun deyil bəhanəsi ilə homoseksual cütə məsləhət verməkdən imtina elədiyi üçün işdən qovulan nikah məmuru, digəri isə homoseksual cütün nikahını qeydə almaqdan imtina elədiyi üçün işsiz qalan qeydiyyat məmuru olub.

***

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG