Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:23

Pakistanın Pişəvar şəhərində etiraz aksiyası keçirilib


Pakistanın Pişəvar şəhərində 3 minədək adam qubernatorun evi qarşısında etiraz aksiyası keçirib.

Onlar qohumlarının yerli təhlükəsizlik qüvvələri tərəfindən öldürüldüyünü deyirlər.

Aksiyaçıların sözlərinə görə, hərbi geyimdə olan bir neçə naməlum adam evlərə soxularaq 18 nəfəri güllələyiblər.

Sərhəd polisi isə hökumət qüvvələrinin bunda əli olmadığını, bunun yaraqlıların işi olduğunu deyir.

Hüquq müdafiəçiləri dəfələrlə hökumət qüvələrini yaraqlılara qarşı bu cür reydlər zamanı insan haqlarını pozmaqda ittiham ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG