Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:28

Gürcüstanın xarici işlər naziri Dağlıq Qarabağla bağlı dediklırinə aydınlıq gətirdi


Gürcüstanın xarici işlər naziri Maia Panjikidze Azadlıq Radiosuna eksklüziv müsahibəsində Ermənistan və Gürcüstanda böyük hay-küy yaratmış bəyanatına aydınlıq gətirib.

Ermənistan və Gürcüstan medialarının məlumatlarına görə, Panjikidze Litvada deyib ki, Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər.

Panjikidze isə Azadlıq Radiosuna deyir ki, onun dedikləri bundan fərqlidir.

“Mən Azərbaycan səfirinin sualına cavab verərkən mən dedim ki, Gürcüstan Azərbaycanın ərazi bötövlüyünü və suverenliyini tanıyır.

Bundan sonra Ermənistan səfiri soruşdu ki, bütün münaqişələr eynidirmi və bütün münaqişələri bu modellə həll etmək mümkündürmü?

Mən cavab verdim ki, hər münaqişə özünəməxsusdur və elə bir resept yoxdur ki, bütün münqişələri bir reseptlə həll etmək mümkün olsun.
Dediklərim yalnız bunlardır”.

Günün bütün mövzuları

XS
SM
MD
LG