Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:41

Deputatın ata evində yanğın olub


Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin Lənkəran şəhərində yerləşən ata evində yanğın olub.

«Modern.az»a müsahibəsində Hadı Rəcəbli yanğının evin kiçik bir hissəsində baş verdiyini və dərhal da söndürüldüyünü deyib.

«Yanğın Lənkəran şəhərində yerləşən ata evimizdə olub. Həmin evdə uzun müddətdir ki, köməyə ehtiyacı olan bir ailə yaşayırdı. Hadisə zamanı evin çox kiçik bir hissəsi, hardasa bir kv metr sahəsi yanıb. Dərhal yanğınsöndürənlər əraziyə cəlb olunaraq yanğının qarşısını alıblar. Heç bir problem yoxdur. Yanğın yəqin ki, səhlənkarlıq ucbatından baş verib», deyə deputat məlumat verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG